Suğra Bağırzadə təbii materiallar üzərində
iş zamanı
özünəməxsus metodikadan istifadə edir.
Kompozisiyaların yaradılması üçün
təbii güllər, ağac kökləri, saman
və digər bitki materiallarından istifadə olunur.
Onlar poliviniasetat yapışqan əsasında hazırlanmış
qarışıqla e‘mal olunur. Güllərin son qurudulması
hazır kompozisiyada baş verir. Bə‘zi bitkilər
ilkin işləmə zamanı öz təbii rənglərini
itirir, buna görə də onların bərpası
üçün xüsusi yağlı boyalardan, temprdən
və akvareldən istifadə olunur. Rəsmlərin
əsasını faner, DSP, kətan, kağız,
qum, duz təşkil edir. Bə‘zən kompozisiyaların
tamlığını göstərmək üçün
fon boyalarla işlənir.